Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının Qoşakənd İnzibati Ərazi Dairəsində görüş-qəbul

14 iyun 2017 | 16:00

       Bu əraziyə daxil olan Ağbulaq, Tubukənd, Qoşakənd və Gənzə kəndlərində əsasən Qərbi Azərbaycandan, Qarabağ və onun ətrafındakı rayonlardan zorla çıxarılmış soydaşlarımız, sürüşməyə məruz qalmış Varna kəndinən köçən sakinlər məskunlaşıblar.
    İsmayıllı rayon icra Hakimiyyəti başçısının timsalında onlar həmişə dövlət qayğısını hiss ediblər. Bu qayğı həmişə rayon rəhərliyinin prioritet vəzifələri sırasında saxlanılır.
      Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun aid bütün xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə keçirdiyi növbəti görüş-qəbul da məhz deyilən məqsəddən irəli gəlirdi.
      RİH-nin başçısı Mirdaməd Sadıqov görüş-qəbulu açaraq, ilk növbədə iştirakçıları Milli Qurtuluş günü münasibətilə təbrik edib, rayonun, Qoşakənd İƏD-in inkişafı ilə əlaqədar yeni layihələrdən, əhaliyə xidmət sahələrinin işinin daha da yaxşılaşması üçün görülən tədbirlərdən, kənd təsərrüfatı sahəsindəki yeniliklərdən,özəl fəliyyət üçün yaradılan səmərəli şəraitdən danışıb.
    Mirdaməd Sadıqov giriş nitqindən sonra arzusu, təklifi, şikayəti olan hər bir kəsi səmimiyyətlə dinləyib, qaldırılan məsələlərin qanunauyğun həlli yollarını göstərib. Allahverdi Mehdiyev kəndə gələn yolun təmirini, Ziyəddin Mövlamov qəzalı elektrik dirəklərinin dəyişdirilməsini və məktəbin dam örtüyünün təmirinə köməklik göstərilməsini, Güldiyar Salmanov kəndə qaz xətti çəkilməsini və pay torpağının  düzgün göstərilməsini, İkram Mirzəyev yüksək gərginlikli elektrik xətlərinin həyətyanı sahəsindən kənarlaşdırılmasını xahiş edib.
     Ağbulaqda kəndarası yollara çınqıl döşənməsi, pay torpaqlarında dəqiqləşmə aparılması da xahişlər sırasında olub.
     Deyilən hər bir təklif və edilən hər bir xahiş yerindəcə konkret ünvana yönəldilib, icrası üçün vaxt verilib.

Keçidlər