Şriftin ölçüsü :

Saytın rəngi :

“Meşələrin mühafizəsi üzrə ictimai səylərin artırılması” adlı layihə əsasında treninq keçirlib.

20 iyun 2017 | 16:00

19 iyun 2017-ci il tarixdə İsmayıllı Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsində “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin “Meşələrin mühafizəsi üzrə ictimai səylərin artırılması” adlı layihəsi icra olub. Layihədə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin icraçı direktoru Sevil Hacıbala qızı və ekspert Samir İsayev, meşələrin mühafizəsi və bərpası müəssisəsinin, bələdiyyələrin, QHT-ləri nümayəndələri iştirak edib.
“Ekoleks” Ekoloji Hüquq Mərkəzinin eksperti Samir İsayev çıxış edərək meşələrin mühafizəsi üzrə ictimai səylərin artırılmasının vacibliyindən danışıb, meşədən istifadə ilə  əlaqədar rayonda mövcud problemlərin aradan qaldırılması yolları barədə məlumat verib. İştirakçılarla aparıcılar arasında işgüzar dialoq formasında tətbir davam etdirilib.

Keçidlər