Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi

26 iyul 2017 | 16:00

     24-25 iyul 2017-ci il tarixlərdə  İsmayıllı şəhər  5 nömrəli tam orta məktəbdə Niderland Krallığının Azərbaycandakı səfirliyinin maliyə dəstəyi ilə BMT-nin Əhali Fondunun, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə Qadın və Uşaq prolemləri üzrə Dövıət komitəsi, Gənclər təşkilatı Milli şurası və İsmayıllı rayon Gənclər və İdman idarəsinin  birgə həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı yeni layihəyə start verilib. İki gün davam eden layihədə 40 –dan çox  gənc iştirak etmişdir.
“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı layihənin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdan ibarətdir.

Keçidlər