Şriftin ölçüsü :

Saytın rəngi :

Qol güləşi üzrə açıq rayon birinciliyi keçirilib

28 iyul 2017 | 16:00

28 iyul 2017-ci il tarixdə İsmayıllı Regional Bilik evinin binasında Gənclər və idman idarəsi, İsmayıllı Regional Bilik evi və Qol Güləşi Federasiyasının rayon nümayəndəliyi ilə birlikdə Qol Güləşi idman növü üzrə açıq rayon birinciliyi keçirildi.
Tədbiri Bilik evinin direktoru Sevinc Novruzova açaraq iştirakçıları salamladı və onlara uğurlar arzuladı.
Azərbaycan Milli Elimlər Akademiyasının Folklor İnistutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov da iştirakçıları salamladı və onlara qədim idman oyunlarmız barəsində geniş məlumat verdi.
Gənclər və idman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək İsmayıllı idmançılarının gündən-günə artan uğurlarının başlıca olaraq ölkə rəhbərliyinin düzgün siyasətinin nəticəsi olduğunu vurğuladı.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnarə Mirzəliyevada çıxış edərək idmançılara uğurlar arzuladı.
Açıq rayon birinciliyində  5 rayonun idmançıları iştirak edirdilər Samux, Zaqatala, Qəbələ, Şamaxı və İsmayıllı. Müxtəlif çəki dərəcəsində qalib gələn idmançılar rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edildi.

Keçidlər