Şriftin ölçüsü :

Saytın rəngi :

“Qızlar düşərgəsi”nin iştirakçıları İsmayıllı şəhərində

24 avqust 2017 | 16:00

Beynalxalq Təhsil üzrə Amerika Şurası “ Əkses Təhsil” MMC-nin tərəfdaşlığı ilə “Çinar”  istirahət mərkəzində dincələn  14-16 yaşlı 42 nəfər qız  İsmayıllı şəhərinə səfər edib. Onlar  Heydər Əliyev Mərkəzində, İsmayıllı Mədəniyyət Mərkəzində,  Uşaq Kitavbxanasında, Olimpia İdman Kompleksində  və İsmayıllı  Uşaq Əyləncə parkında olublar. Düşərgə sakinləri Heydər Əliyev Mərkəzində musiqi proqramı ilə qarşılanıb, Mərkəzdə dərnəklərin fəaliyyəti ilə tanış olub, sərgilərə və eksponatlara baxıblar.  Uşaq Əyləncə parkı ilə tanışlıq zamanı çay süfrəsi arxasında şagirdlərə İsmayıllının tarixi, sosial-iqtisadi inkişafı barədə geniş məlumat verilib. Yüksək diqqət və qayğıya görə   layihə iştirakçıları Rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirib,  xoş təəssüratla düşərgəyə qayıdıblar.

Keçidlər