Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançılarımız qaliblər sırasında

12 sentyabr 2017 | 16:00

11 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Milli Paralimpiya İdman Kompleksində kişilər arasında Pouerliftinq idman növü üzrə Azərbaycan çempionatı keçirilib.
İsmayıllı rayonundan olan iki paralimpiyaçımız Ömərov Şakir və Fərzəliyev Aynur həmin çempionatda layiqincə iştirak edib və 5 çəki dərəcəsində 80 nəfər idmançı arasında uğurlu nəticə göstəriblər. Belə ki, 72-80 kq çəki dərəcəsində Ömərov Şakir Rəmzi oğlu 135 kq,  88-97 kq çəki dərəcəsində Fərzəliyev Aynur Oqtay oğlu isə 155 kq nəticə göstərərək II yerə layiq görülüblər. Onu da qeyd edək ki, Ömərov Şakir həm də Pouerliftinq idman növü üzrə Milli Paralimpiya yığma komandasına üzv olub. Bundan sonrakı məşqləri həmin komanda tərkibində edəcəkdir.
Yarış sonrası keçirilən iclasda İsmayıllı idmançılarının səyləri rəğbətlə qarşılanıb.
Qeyd edək ki, idmançılarımızın uğur qazanmasında onların məşqçisi Pouerliftinq idman növü üzrə məqşçi-müəllim, Avropa və dünya çempionu, Beynəlxalq dərəcəli idman ustası Eldəniz Əhmədovun rolu danılmazdır.
Hər iki idmançımızı təbrik edir və növbəti yarışlarda qələbə sevinci arzulayırıq. 

Keçidlər