Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məşğələ

26 sentyabr 2017 | 16:00

İsmayıllı şəhər uşaq kitabxanasının akt zalında Heydər Əliyev idarəetmə məktəbinin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda növbəti məşğələsi keçirilib. Məşğələdə dini icma sədrləri, dini ayinlərin icraçıları, ümumtəhsil məktəbləri direktorlarının müavinləri, uşaq təşkilatlarının rəhbərləri, ağsaqqallar, mədəniyyət, səhiyyə və təhsil işçiləri iştirak ediblər.
Tədbir başlamazdan öncə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin hazırladığı “Şəhadət” filminə baxış keçirilib.
Məşğələni rayon icra hakimiyyəti başçısının birinci müavini, RİH başçısının yanında dini işlər komissiyasının sədri Rövşən Ağayev açıb. Mövzuya dair Topçu kənd dini icmasının sədri, təhsil işçisi Rəşid Məmmədov məruzə edib.
“Cümə” məscidinin imamı Şahzadə Bilalov, Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov dini dəyərlərdən və onların vətəndaş yetişdirilməsində rolundan ətraflı danışıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” və RİH başçısının müavini Sevil Əhmədova “Tərbiyə işində milli-mənəvi dəyərlərin imkanlarından səmərəli istifadə yolları” mövzusunda çıxış ediblər.
Yekunda mövzuya dair diskusiya aparılıb.

Keçidlər