Şriftin ölçüsü :

Saytın rəngi :

“Turizm işçiləri günü” peşə bayramı qeyd olunub.

27 sentyabr 2017 | 16:00

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində  “Turizm işçiləri günü” peşə bayramı qeyd olunub.
İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Rayon Mədəniyyət Mərkəzində  davam edən tədbirdə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov  tədbiri açaraq  turizm sahəsində aparalan işlərdən danışıb.  Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrü Sevil Əhmədova çıxış edib, turizm işçilərinə bayram təbriki ünvanlayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqust 2016-cı il tarixdə İsmayıllıya səfəri zamanı turizmin inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələrdən danışıb. Tədbir “Niyal” instrumental ansambılının bayram  konserti ilə davam edib.

Keçidlər