Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomanlığa və narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı “dəyirmi masa” təşkil edilmişdir

06 oktyabr 2017 | 16:00

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu oktyabrın 6-da İsmayıllı rayonunda  “dəyirmi masa” təşkil etmişdir.
İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirmə məqsədilə təşkil olunan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev, məsul işçi Eldar Sadıqov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Anar Tahirov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadə, rayon təhsil şöbəsinin əməkdaşları, məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri  və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Sonda iştirakçılara narkomaniya və onun ağır fəsadlarına dair bukletlər paylanılmışdır.

Keçidlər