Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirici treyninq keçirilib

02 noyabr 2017 | 16:00

02 noyabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi tərəfindən “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası” və “İxrac sahəsində güzəştlərin tətbiq edilməsi” mövzusunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirici treyninq keçirilib.
Tədbirdə “Mənsə ekspertiziyalarının aparılması qaydası və ixrac zamanı güzəştlərin tətbiqi,” “İnvestisiya təşviqi müraciətinin qeydiyyatı və emalı prosesləri”, “İxrac yönümlü məhsul istehsalının stimullaşdırılması prinsipləri” və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bölmə müdiri Hicran Abdullayeva və nazirliyin nümayəndəliyinin rəhbəri Akif Abbasov gündəlikdə duran mövzularla əlaqədar ətraflı çıxış edərək iştirakçıların çoxsaylı suallarını cavablandırdılar.  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Şahin Hüseynov rayonumuzda sahibkarlığın vəziyyəti və inkişaf perspektivləri barədə danışıb. 

Keçidlər