Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan Çempionatının rayon seçim turu keçirilib

04 noyabr 2017 | 16:00

03 noyabr 2017-ci il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və İsmayıllı İntelektual Oyunlar Klubunun  birgə təşkilatçılığı ilə “9 noyabr Bayraq günü”ə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan Çempionatının rayon seçim turu keçirilib.
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq  iştirakçıları salamladı.“9 noyabr Bayraq günü” haqqında geniş çıxış etdi. İştirakçılara uğurlar arzuladı.
İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti Mirzəyeva Rəna öz növbəsində iştirakçıları salamladı, hər birinə uğurlar arzuladı.
İsmayıllı İntellektual Oyunlar klubunun üzvü Azad Manaflı oyunun qaydalarını iştirakçıların diqqətinə çatdırdı və oyuna start verildi.
Seçim turunda 18 komanda iştirak etdi. Gərgin intellekt savaşında üç komanda finala vəsiqə qazandı. Final oyununun nəticələrinə əsasən  3 nömrəli məktəb liseyin “Error” komandası I, Diyallı kənd tam orta  məktəbinin “Ozan” komandası II və Topçu kənd tam orta məktəbinin “Turan”  komandası III yeri qazandılar. Hər üç komanda rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırıldılar.

 

Keçidlər