Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ağac əkmə kompaniyasına start verilib

21 noyabr 2017 | 16:00

21 noyabr 2017-ci il taixdə YAP İsmayıllı  rayon təşkilatı  və İsmayıllı Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi Yeni Azərbyaycan Partiyasının təhsis edilməsinin 25  illiyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” devizi altında ağac əkmə kompaniyasına start verilib. Ağacəkmə kompaniyasında RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova, təşkilatın əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları, gənclər, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri, İsmayıllı Peşə Tədris Mərkəzinin, Topçu, Buynuz kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Kompaniya zamanı İsmayıllı Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin Qalınçaq meşəbəyliyinin 3 saylı dolayında-Topçu kəndi ərazisində 1 ha sahədə 600 findiq tingi əkilib. Ağacəkmə 2018-ci ilin mart ayına qədər davam edəcəkdir.

 

Keçidlər