Şriftin ölçüsü :

Saytın rəngi :

Qış mövsümünə hazırlıq bir daha müzakirə olunub

28 noyabr 2017 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyətinin  konfrans zalına toplaşan təhsil, səhiyə və mədəniyyət sahələrinin rəhbərləri, icra nümayəndələri, qışlamada əsaslı iş görməli olan qaz istismarı sahəsinin, meşələrin bərpası və mühafizəsi idarəsinin məsul işçiləri ilə təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin qış mövsümünə hazırlıq məsələsi müzakirə olunub. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov aparılan monitorinqin nəticəsi olaraq qeyd edib ki, bir sıra təhsil müəssisələrinin - Qubaxəlilli, şəhər 5 nömrəli, şəhər 6 nömrəli, Xankəndi tam orta məktəblərinin, Talıstan, Gəraybəyli, Xəlilli, Cülyan kənd uşaq bağçalarının qışa hazırlığı lazımi səviyyədə deyil. İmkan olan yerlərdə qazanxanaların duru yanacaqdan qaz yanacağına keçirilməsi üçün aid təşkilatlar hərəkətə gəlmirlər. Duru yanacağın azlığına görədir ki, qazanxanaları sutka ərzində işlətmək olmur. Qaz istismarı sahəsi tabe olduğu baş idarə ilə birgə məktəblərin qazla təminatı üçün lazım olan bütün tədbirləri görmür.
Bir sıra tibb məntəqələri də odunla və digər yanacaq növləri ilə tam təmin edilməmişdir.
Qışlama ilə əlaqədar daha fəal olmaq icra nümayəndələrindən və sahə rəhbərlərindən tələb edilmişdir.
Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin qışa hazırlığı, yanacaq təminatı ilə əlaqədar əslində çox iş görülüb. RİH-nin başçısı Mirdaməd Sadıqov onların üzərində çox dayanmağı vacib saymayıb, daha çox görüləcək işlərdən danışıb və konkret tapşırıqlar verib.
RİH başçısının bir qayğılı tapşırığı da diqqəti daha çox çəkmişdir. O, müşavirə iştirakçıları olan İƏD-lər üzrə nümayəndələrə tapşırıb ki, imkansız, tənha, yaşlı insanları müəyyənləşdirib, siyahını təqdim etsinlər. RİH onları odunla təmin edəcək.

Keçidlər