Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anım günü İsmayıllıda geniş miqyasda sonsuz ehtiramla qeyd olunub

12 dekabr 2017 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş müxtəlif formalı və məzmunlu tədbirlərin, yürüşlərin, idman yarışlarının, xatirə turnirlərinin təşkilatçısı kimi çıxış edib. 11 dekabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində  “Heydər Əliyev idarəetmə məktəbi”nin “Azərbaycan tarixinin Heydər Əliyev epoxası: inkişaf, xilaskarlıq və yüksəliş” mövzusunda məşğələsi keçirilib. Ulu öndərin İsmayıllıya səfərlərinin şahidi olmuş ziyalılar, ictimaiyyət nümayəndələri, icra strukturlarının, pedaqoji sahənin işçiləri, veteranlar, gənclər məşğələdə iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.
RİH başçısının müavini, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova “Heydər Əliyev şəxsiyyətində milli liderliklə siyasi liderlik vəhdətdə olub” mövzusunda məruzə edib.
“Ümummilli lider Heydər Əliyevin çoxistiqamətli siyasəti ümumxalq maraqları üzərində qurulurdu”, “Ümummilli lider Heydər Əliyev Azərbayanın xilaskarıdır” və “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin yaradıcısı və qurucusu olub” mövzularında dövlət qulluğu veteranı Valeh Salehovun, kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənovun, Təzəkənd tam orta məktəbinin direktoru Elxan Bədəlovun çıxışları dinlənilib.
Ulu öndərin ruhuna layiq şeirlər ifa olunub.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, Heydər Əliyev şəxsiyyəti daim öyrənilməli, ölkənin inkişafında fəal iştirak etmək, yüksək nəticələrə çatmaq üçün bu dahi şəxsiyyətdən çox öyrənməliyik. Çünki həyat fəaliyyətinin, dövlət siyasətinin elə bir istiqaməti yoxdur ki, Heydər Əliyev dühasından kənarda qalsın.Ulu öndərin ümumxalq maraqlarına əsaslanan siyasəti Azərbaycanı yüksək inkişaf səviyyəsinə çatdırıb, çətin zamanda xilas edib və sonra dünya miqyasına çıxarıb.
12 dekabr 2017-ci il tarixdə ümummilli lider Heydər Əliyevin Mərkəzi meydandakı abidəsi kütləvi ziyarət edilib. Şəhər əhalisi arası kəsilmədən gəlib, abidə önünə gül düzüblər. Ziyarətçilər daha sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini dolğun əks etdirən filmə tamaşa ediblər.
Mərkəzi Meydandakı monitorda saat 8-dən başlayaraq filmlər nümayiş olunub.

Keçidlər