Şriftin ölçüsü :

Saytın rəngi :

“Zərərli vərdişlər,dini radikalizm və erkən nigah” mövzusunda tədbir

20 dekabr 2017 | 16:00

Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH), İsmayıllı Rayon Polis Şöbəsi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində  “Zərərli vədişlər, dini radikalizm və erkən nigah” mövzusunda tədbir keçirilib.
     Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək dini radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib. Milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb. Həmçinin zərərli vasitələrə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən, sosial narahtlıq doğuran problemli ailələrin artmasına ciddi təsir etməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
      Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə cəkilən “Şəhadət" filmi nümayiş olunub.

Keçidlər