Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi” mövzusunda tədbir keçirilib.

18 yanvar 2018 | 16:00

18 yanvar 2018-ci il tarixdə İsmayıllı Rayon Suvarma Sistemləri İdarəsinin iclas zalında “Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə RiH başçısı aparatının məsul işçisi Şahin Hüseynov çıxış edib. O, bildirib ki, 20 yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanış günü idi. Bu uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinin ucaldığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Sonra Suvarma Sistemləri İdarəsinin nümayəndələri Qurban Nəbiyev, Elşad Mirzəyev və digərləri çıxış edib.
20 yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib və film nümayiş etdirilib.

Keçidlər