Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsinə həsr olunmuş tədbir

18 yanvar 2018 | 16:00

İsmayıllı şəhər Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı, Regional Mədəniyyət və Turizm idarəsinin və Regional bilik evinin iştirakı ilə 20 yanvar faciəsinin 28 illiyi ilə əlaqədar tədbir keçirilib.
İştirakçılar əvvəlcə faciəni və 20 yanvar hadisələri baş verən zamanı əks etdirən çap materiallarına, fotoşəkillərə, kitablara, rəsm əsərlərinə baxış keçiriblər.
Tədbiri giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova açıb. 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Faciədən bəhs edən slaydlar nümayiş olunub.
20 yanvar faciəsinə gələn yol və onun ağır nəticələri barədə dövlət qulluğu veterenı Valeh Salehov məruzə edib.
Regional mədəniyyət və turizm idarəsi müdirinin müavini Azər Abbasov, Regional bilik evinin direktoru Sevinc Novruzova Mərkəzi kitabxana sisteminin direktoru Könül Baxışlı və başqaları çıxış ediblər.
Məruzə və çıxışlarda dəfələrlə vurğulanıb ki, 20 yanvar faciəsinə hüquqi və siyasi qiyməti yalnız ümummilli liderimiz Heydər Əliyev verib.
Yanvarın 21-də həyatını risk altına ataraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməklə ilk etiraz səsini dünya miqyasına çıxaran ulu öndər olub. Təqsirkarları kəskin tənqid edib.

Keçidlər