Şriftin ölçüsü :

Saytın rəngi :

Müasir aqreqatlarla mineral gübrələrin və pestisidlərin tətbiqi mövzusunda fermerlərlə görüş keçirilib

16 mart 2018 | 16:00

2018-ci ilin mart ayının 16-da İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin  və “Park Aqro” MMC-nin birgə  təşkilatçılığı ilə Almaniya Respublikasından gəlmiş mütəxəsislərin iştirakı ilə Talıstan kəndi ərazisində  taxıl əkini  sahəsində seminar – müşavirə keçirilib. Görüşdə aidiyyəti mütəxəsislər və iri taxılçılıq təsərrüfatlarını əhatə edən fermerlər iştirak edib.  Burada Almaniya istehsalı olan toxum və gübrəsəpən, pestisidlərin verilməsi üçün çiləyici aqreqatlar  nümayiş etdirilib və bu aqreqatların iş prinsipi, eləcə də   digər texnikalardan üstünlüyü barədə fermerlərə ətraflı məlumat verilib. Almaniyalı mütəxəssislər fermerləri maraqlandıran sualları cavablandırıb.
         Görüşün təşkilində əsas məqsəd Avropada aparılan müasir aqrotexniki tədbirlərin rayonumuzda tətbiqi və bu sahədə fermerlərin maarifləndirilməsidir.

Keçidlər