Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 32-ci il dönümü münasibəti ilə tədbir keçirilib.

26 aprel 2018 | 16:00

26 aprel 2018-ci il tarixdə “Qala” şadlıq sarayında Çernobıl faciəsinin 32-ci il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayonda yaşayan Çernobıl əlilləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbiri RİH başçısının birinci müavini Rövşən Ağayev açaraq çernobıl hadisələri barəsində məlumat verib və hadisədə həlak olanların xatirəsi 1 dəyqəlik sükutla yad edilib.
DSMF-nun rayon şöbəsinin müdiri Kamran Muradov çıxış edərək Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısından, onların pensiya və müavinətlərinin ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə artırılmasından, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməsindən danışıb.
Çernobıl Əlilləri Cəmiyyətinin sədri Məleykə Lətifova onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib.

Keçidlər