Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Miqrasiya Xidmətinin İsmayıllıda regional tədbiri

27 aprel 2018 | 16:00

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Ağsu Regional İdarəsinin təşkilatçılığı ilə İsmayıllıda tədbir keçirib. Tədbirdə regional idarənin əhatəsində olan rayonların aid məsul işçiləri, xidmətlə əlaqədar problemi olan vətəndaşlar iştirak edib. Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, Dövlət Xidməti yarandığı gündən başlayaraq miqrasiya, vətəndaşlıq investor ölkələrin Azərbaycandakı fəaliyyətində Respublikamızın vətəndaşlarının iştirakının tənzimlənməsi məsələlərində qanunlara əsaslanaraq fəal iştirak edib. Təhlükəsizliyin təmin edilməsində  üzərinə qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələ bilib.
Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini Elçin Məmmədov və Ağsu Regional Miqrasiya İdarəsinin rəisi Faiq Mustafayev iştirakçılar qarşısında çıxış ediblər. Sonra miqrasiya xidməti-vətəndaş münasibətləri  və bir sıra digər məsələlər barədə verilən sualları xidmətin əməkdaşları cavablandırıblar.
Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşları RİH-də vətəndaşları qəbul edib, problemlərini öyrəniblər.

Keçidlər