Şriftin ölçüsü :

Saytın rəngi :

Tircan kəndində qəbul keçirilib

04 may 2018 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun növbəti görüş-qəbulu Tircan kəndində keçirilib. Tədbiri giriş nitqi ilə açan Mirdaməd müəllim dünyada baş verən hadisələrdən, davam edən iqtisadi, sosial, siyasi böhranlardan danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin balanslaşdırılmış siyasətinin nəticəsi olaraq Yaxın Şərqdə, qonşu ölkələrdə baş verən hadisələr Azərbaycanın sürətli inkişafına, sabit və təhlükəsiz həyat şəraitinə təsir edə bilməyib. Cənab  Prezidentin 15 illik fəaliyyəti elə bir qlobal nəticələr verib ki, xalqımız minnətdar olaraq yenə də möhtərəm İlham Əliyevə yekdilliklə səs verib, növbəti illər üçün də taleyini ona tapşırıb. Başçı daha sonra dövlətimizin, bilavasitə Prezidentin hərtərəfli dəstəyi ilə İsmayıllının da sürətli inkişaf yoluna inamla çıxdığını deyib.
Pensiyaçı müəllim Zərbalı Abdulov bugünkü xoşbəxtliklərinə, gələcək həyatlarına etibarlı təminat verdiyinə görə tircanlıların yekdil minnətdarlığını Prezident İlham Əliyevə ünvanlayıb. RİH-nin başçısından xahiş edib ki, qalan problemlərin, çatışmazlıqların aradan qaldırılmasını şəxsən öz nəzarətinə götürsün. Mirdaməd Sadıqov qeyd edib ki, Tircan İnzibati ərazi dairəsinə aid olan məsələləri  aid əməkdaşlar və mütəxəssislər vasitəsilə öyrənib,təhlil edib, icrası yollarını müəyyənləşdirib. Hansılardır onlar?
Magistral yoldan Tircana ayrılan yol, kəndarası yollar düzəldilməli, Tircan-Maçaxı daşıyıcı elektrik xətti təmir olunmalı, Qasımkənd məhəlləsindəki sürüşmə ilə əlaqədar mütəxəssislərin müşahidəsi həyata keçirilməli, torpaqlardan qanuni istifadə qaydalarına riayət edilməli, məktəb binası üçün əlavə sinif otaqlarının və ya korpusun tikintisi nəzərdə tutulmalı, su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülməlidir. Problemlər və onların həlli yolları birinci şəxsdən gəldiyi üçün kənd sakinlərinə  dövlətimizdən razılıq etmək qaldı.

Keçidlər