Şriftin ölçüsü :

Saytın rəngi :

İstedad sorağında - 2018

13 iyun 2018 | 16:00

İyunun 12-də İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında, “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı”  üzrə Dövlət proqramına uyğun olaraq “İstedad sorağında-2018” devizi ilə  istedadların ümumrayon toplantısı keçirilib.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova,  rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və RTŞ-nin işçiləri, 100 nəfərdən artıq müəllim və 50-dən artıq valideyn, 250 nəfər fəal şagirdin iştirak etdiyi tədbirdə, həmçinin 10-dan artıq idarə və təşkilatın, eləcə də ictimaiyyətin nümayəndələri iştirak edib.
İlk olaraq tədbiririn bəddi hissəsi, istedadlı uşaqların hazırladığı geniş konsert proqramı ilə başlayıb. Sonra  maraqlı və rəngarəng musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Rəsmi hissədə isə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova rayonumuzun şagirdlərinin sorağının təkcə Respublika miqyasından deyil, bir sıra ölkələrdən də  gəldiyini deyib. Hər zaman qabaqcıl təhsil ənənələrinə malik olan İsmayıllı təhsilinin bu tədris ilində daha böyük uğurlar əldə etməsinin sevindirici hal olduğunu bildirib.
Tədbirdə çıxış edən  Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, bugünkü nəaliyyətlər yalnız beynəlxalq və respublika miqyasında qazanılan uğurlardır. Bununla yanaşı rayon və zona müsabiqələrində qalib gəlmiş çoxsaylı  məktəblilərimiz vardır. Rasim Orucov  daha sonar bildirib ki, Dövlət Təhsil siyasətinin uğurla həyata keçirilir. Hər bir məktəbin, məzunun nailiyyətlərini bu və digər formada təqdir edir. “Təhsil bayramı” məzmunu və  forması ilə daha çox seçilir. Sonra müxtəlif nominasiyalar üzrə Beynəlxalq və Respublika müsabiqələrində  qalib gələn 140 məktəbliyə fəxri-fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər