Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda fermerlərlə görüş keçirilib

04 iyul 2018 | 16:00

Rayon Kənd Təsərrüfatı İdarəsinin təşkilatçılığı və “Park Aqro” MMC-nin dəstəyi ilə 04 iyun 2018-ci il tarixində Talıstan kəndi ərazisində “ “Claas” və “Lemken” şirkətinin istehsal etdiyi texnika və avadanlıqların vasitəsi ilə əkilib-becərilmiş taxıl əkini sahəsində məhsuldarlıq səviyyəsi”  mövsusunda fermerlərlə açıq sahədə görüş keçirilmişdir. Görüşdə Almaniyadan olan mütəxəssis, “Park Aqro” MMC-nin rəhbərliyi və fermerlər iştirak edirdilər. Görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin Sosial –İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov açdı. Sonra Almaniya Respublikasından olan mütəxəsis bir necə sortdan ibarət 35 ha taxıl əkini sahəsində görülmüş işlər və nəticəsi barədə görüş iştirakçılarına ətraflı məlumat verdi.
Görüşün təşkilində əsas məqsəd qabaqcıl təcrübəni, eləcə də bitkilərin tələbatına uyğun tətbiq edilən aqrotexniki tədbirlər nəticəsində əldə olunmuş yüksək məhsuldarlığı fermerlərə əyani göstərmək və nəticə etibarı ilə bu sahədə məhsuldarlığın artırılmasına nail olmaq idi.

Keçidlər