Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyaya səfərə gedənlərlə İsmayıllı RİH-nin başçısı görüşüb

31 iyul 2018 | 16:00

İsmayıllı ilə Yaponiyanın İto şəhəri arasında imzalanmış Dostluq mübadiləsi haqqında sazişə əsasən avqust ayında keçiriləcək festivalda iştirak etmək üçün İsmayıllının nümayəndə heyəti  01 avqust 2018-ci il tarixdə Gündoğar ölkəyə yola düşəcək. Nümayəndə heyətinin tərkibinə 6 saylı tam orta məktəbin ingilis dili müəllimi Leyla Əzimova, X sinif şagirdləri Nilufər Məmmədli və Şəfəq Qasımova daxildirlər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 31 iyul 2018-ci il tarixdə səfərə gedənləri valideynlərin, ictimaiyyət nümayəndələrinin, müəllimlərin, təhsil işçilərinin, əvvəllər Yaponiyada səfərdə olmuş ziyalıların iştirakı ilə RİH-nin konfrans zalında qəbul edib.
Mirdaməd Sadıqov ilk növbədə yüksək nailiyyətlərə, uğurlara görə 6 saylı məktəbin pedaqoji kollektivinə təşəkkür edib, ümumilikdə İsmayıllı müəllimlərinin fəaliyyətindən razı qaldığını bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısının, yaratdığı təhsil şəraitinin nəticəsidir ki, məktəblərimiz müvəffəqiyyətləri günbəgün artırır, beynəlxalq əlaqələri genişləndirir, şagirdlərimiz yeni düşüncə tərzinə yiyələnir, gənclərimiz başqa ölkələri gördükcə daha vətənpərvər  böyüyürlər, milli-mənəvi mədəni dəyərlərimizə bacarıqla yiyələnirlər.
Giriş nitqindən sonra başçı Yaponiyaya dostluq səfərinə gedənlərə yaxşı yol arzulamış, ümid olduğunu bildirmişdir ki, onlar Azərbaycanı layiqincə təmsil etməyi bacaracaqlar. Valideyn Günay Məmmədova, Əməkdar müəllim Şəfaqət Rəsulov Yaponiyada səfərdə olmuş Azər Abbasov və 6 saylı məktəbin direktoru Qalib Bəşirov çıxışlarında hərtərəfli qayğıya görə ölkə rəhbərinə minnətdarlıq ediblər.
Rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər ki, o, təhsilin gündəlik qayğıları ilə yaşayır, nailiyyətləri, uğurları müxtəlif formada, rəngarəng tədbirlərlə təqdir edir.
Nümayəndə heyətinə hamılıqla yaxşı yol arzulanıb.

Keçidlər