Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin İsmayıllı rayonundakı abidəsini ziyarət edib

25 avqust 2018 | 16:00

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstəsi qoydu.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin ətrafında, o cümlədən rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

Keçidlər