Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş tədbirlər davam edir.

25 oktyabr 2018 | 16:00

Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Xalq Cumhuriyyətinin100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli 2867 nömrəli Sərəncamına əsasən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yaranmasının 100 yaşının tamam olması ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş  tədbirlər planına uyğun olaraq 25 oktyabr 2018-ci il tarixdə İsmayıllı rayonu Uşaq kitabxanasında Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rüstəm Səmədovun, Göyçay Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən kiçik ədliyyə müşaviri Temur Mustafayevin, idarənin məsləhətçisi, birinci dərəcəli ədliyyə qulluqçusu Sahib Nağıyevin və İsmayıllı rayonunun bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilmişdir.
           Tədbiri giriş sözü ilə İsmayıllı RİH başçısı aparatının Şöbə müdiri Rüstəm Səmədov açaraq qonaqları təqdim etdikdən sonra tədbirin mahiyyətindən danışmışdır.
           Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Teymur Mustafayev çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin və Azərbaycan Ədliyyə Nazirliyinin yaranmasından, keçdiyi həyat yolundan geniş söhbət açmışdır.
T.Mustafayev həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətdən, bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının etik davranış qaydalarından, vətəndaş müraciətlərinə baxılması, bələdiyyə aktlarının qəbul edilməsi, vergilərin müəyyənləşdirilməsi və vergi borclarının yığılması barədə bələdiyyə sədrlərinə geniş məlumat verilmişdir. Sonda bələdiyyələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Keçidlər