Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində görüş

08 noyabr 2018 | 16:00

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci 2013-cü ildə Peşə Tədris Mərkəzinin binasında açılıb. Rayon və region üçün bu vacib təhsil müəssisəsinin indi öz binası var. Əvvəllər yararsız vəziyyətdə olmuş bina Azərbaycan Respublikası Təhsil Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin hərtərəfli köməyi və dəstəyi ilə əsaslı təmir olunub, yeni auditoriyalar, kitabxana, kompüter otağı, laboratoriyalar yaradılıb.   Təmir işləri davam edir. Akt zalı, idman zalı, tələbə kafesi müəyyən müddətdən sonra istifadəyə veriləcək. Kollecdə 12 ixtisas üzrə 40-45 rayondan gəlmiş 590 tələbə təhsil alır.
      İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov YAP rayon təşkilatının sədri Sevil Əhmədova, başçının müavinləri,müvafiq təşkilatların rəhbərləri ilə kollecə gedib, yeniliklərlə, təmir işlərinin gedişi ilə tanış olub. Sonra kollecin pedaqoji heyəti ilə görüşüb.
        RİH-nin başçısı ilk növbədə toplantı iştirakçılarını Dövlət Bayrağı günü və Konstitusiya günü münasibətilə təbrik edib. Sonra Kollecin fəaliyyəti, pedaqoji prosesin təşkili ilə bağlı fikirlərini bölüşüb, məsləhətlərini verib. Başçı görülən işlərdən razılığını bildirməklə yanaşı,onu da diqqətə çatdırıb ki, Kollec müasir təsərrüfatçılıq fəaliyyətini təşkil edib genişləndirməklə -xüsusilə tinglik təsərrüfatı, istixana yaratmaqla, daha çox baramaçılıqla gəlirini artıra bilər.Nəzərdə tutulan təmir işlərində rayon icra hakimiyyəti öz köməyini davam etdirəcək.
        Keçmiş Kollec direktoru və Universitet rektoru kimi Əməkdar elm xadimi Mirdaməd Sadıqov profilindən asılı olmayaraq mövcud ixtisaslar üzrə tədrisin, təcrübənin təşkili barədə kollecin direktoruna və müəllimlərə məsləhətlərini verib. Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı çıxış edərək Azərbaycan təhsilində yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirib.  Ardıcıl köməyə və hərtərəfli dəstəyə görə Təhsil Nazirliyinə, İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü çatdırıb.Tədrisin yaxşılaşdırılması üçün bundan sonra görüləcək işlərdən ətraflı danışıb.
     Direktor bəzi problemlərin olduğunu da diqqətə çatdırıb, onların həlli üçün müntəzəm  iş görüldüyünü deyib.
         Bununla da görüş sona yetib.

Keçidlər