Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı idmançısı qızıl medal qazanıb

08 fevral 2019 | 16:00

Azərbaycan Respublikasının  Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə 07-08 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında  kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib. Kişilər arasında 67 kq çəki dərəcəsində qaliblər müəyyən edilib. İsmayıllı atleti Məhəmməd Məmmədli  277 kq (122+155) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. 

Keçidlər