Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ana Dili Günü qeyd olunub.

19 fevral 2019 | 16:00

İsmayıllı şəhər 3 saylı məktəb - liseydə  21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. “Ana dilim varlığımdır” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə  Beynəlxalq Ana Dili Gününün qeyd olunmasının əhəmiyyətindən bəhs edilib. RİH-nin məsul işçisi G.Mirzəliyeva çıxış edərək qeyd edib ki, 1999-cu ildə UNESCO-nun baş konfransında təsis olunan Beynəlxalq Ana Dili Günü mədəni müxtəlifliyi, o cümlədən çoxdilliliyi təbliğ etmək məqsədi daşıyır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Çıxış edənlər Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini şərh ediblər. Şagirdlər ana dilimizə həsr edilmiş şeirlər, atalar sözləri söyləyib, mahnılar ifa ediblər.

Keçidlər