Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.

06 mart 2019 | 16:00

5-Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Respublikamız son illər bir çox beynəlxalq yarışlara ev sahibliyi edib Son illər İsmayıllıda da idmanın inkişafına xüsusi diqqət yetirilir. İdmançılarımızın nailiyyətləri ilbəil artır. Martın 5-də Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ismayıllı Qala şadlıq sarayında Bədən Tərbiyəsi və İdman Günü yüksək səviyyədə qeyd olunub.

Tədbiri rayon Gənclər və İdman idarəsnin rəisi Taleh Salehov açaraq O, rayonun idman nailiyyətləri barədə məlumat verib. Çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin idman sahəsinə diqqət və qayğısından danışıb. Bunun bariz nümunəsidir ki,  istər ölkə daxilində istərsə də ölkə hüdudlarından kənarda  idman sahəsində Azərbaycan idmançıları  həmişə öz sözünü deyir və bayrağımızı yüksəklərdə dalğalandırırlar. .Problemlərin həlli istiqamətində görüləcək tədbirləri diqqətə çatdırıb.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar şöbəsinin əməkdaşı Namiq Kərimov  Azərbaycan Respublikası Prezidentinin ölkədə idmana və gənc idmançılara göstərdiyi diqqət və qayğı barədə tədbirə toplaşanlara məlumat verib. Rayon rəhbərliyi tərəfindən idmançılarımızın daimi qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
İsmayıllı rayon Təhsil şöbəsinin metodisti  Vahabov İlham, cüdo üzrə məşqçi müəllimlər Şəfaqətov Əkbər, Salmanzadə Nurlan, poverliftinq üzrə Respublika şempionu Ömərov Şakir çıxış edərək 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə bütün idmançıları təbrik ediblər,  göstərilən qayğıya görə öz təşəkkürlərini bildiriblər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən şahmatçı Niftəliyev Cahangirə Respublika dərəcəli hakim, universal döyüşçü Zərbəliyev Naibə İdman ustası adı verilib.
Adları qeyd olunanlara, pensiyaya çıxan idman müəllimi Zöhrab Vahabova İsmayıllı rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanları və onlar da daxil olmaqla bütün iştirakçılara RGİİ-nin hədiyyələri verilib.

Keçidlər