Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Baytarlıq Xidmətinin İsmayıllı rayon bölməsində şəhidlər anılıb

05 aprel 2019 | 16:00

Dövlət Baytarlıq Xidmətinin İsmayıllı rayon bölməsində  2-5 aprel  döyüşlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İsmayıllı rayonunun baytar mütəxəssisləri  2016-cı ilin Aprel döyüşlərində Milli Ordumuzun qüdrət və şücaətindən danışıblar.

Əvvəlcə torpaqlarımızın bütövlüyü, işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş soydaşlarımızın, o cümlədən Azərbaycan tarixinə Qələbənin başlanğıc mərhələsi kimi düşən Aprel döyüşlərində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Dövlət Baytarlıq Xidmətinin İsmayıllı rayon bölməsinin rəisi Barat Şahalıyev həmin döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz Mikayıl Vahabzadənin qısa, lakin mənalı ömür yolu barədə məlumat verib.
Tədbir iştirakçıları dövlətimizin iqtisadi gücünün durmadan artmasını əsas tutaraq, düşmən tapdağında olan torpaqlarımızın tezliklə yağılardan təmizlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Keçidlər