Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı atletləri zona yarışında birinci

15 aprel 2019 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İsmayıllı rayon Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında zona yarışı keçirmişdir.Yarışda Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ucar, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala rayonlarının komandası iştirak etmişdir. Hər komandanın tərkibi 14 (7 qız, 7 oğlan) nəfərdən ibarət olmuşdur.
Zona yarışında I yeri İsmayıllı, II yeri Oğuz , III yeri Qax komandaları tutmuşlar.
I və II yeri tutmuş komandalar Respublika birinciliyində iştirak edəcək.
Onu da qeyd edirik ki, İsmayıllı komandasının tərkibi əsasən Lahıc qəsəbə, şəhər 1  və 7 nömrəli tam orta məktəblərin idmançılarından ibarət olmuşdur. Məşqçi-müəllimlər Rəvan Qarayev və Bənövşə İsmayılovadır.

Keçidlər