Şriftin ölçüsü :

Saytın rəngi :

“Zubrları təbiətə qaytaraq” proqramı İsmayıllıda həyata keçirilib

22 may 2019 | 16:00

21 may 2019-cu il tarixdə İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəyə gətirilmiş zubrlar İsmayıllı rayonunun Buynuz kəndində yerləşən Şahdağ Milli Parkınında  yaradılmış xüsusi əraziyə buraxılıb.
         Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, RİH-nin başçısı Mirdaməd Sadıqov və digər qonaqlar iştirak ediblər.
          Vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 8 baş zubr mayın 16-da Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Əraziyə bu il daha 12 baş zubrun gətirilməsi də nəzərdə tutulub.
           Kənd sakinləri və məktəblilər də zubrlara xüsusi maraq göstərərək tədbirə qoşulub, nəsli tükənmək təhlükəsi altında olan növlərin bərpası istiqamətində aparılan işlərlə tanış olub və öz dəstəklərini nümayiş etdiriblər. Eyni zamanda, tədbirə qatılan yerli gənc təbiətsevərlərə zubrların Azərbaycanda tarixi, onların təbiətdə rolu və mühafizəsi haqqında seminar təşkil olunub.

Keçidlər