Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” Milli İntellektual oyunları çərçivəsində yarış

29 may 2019 | 16:00

İsmayıllı rayon Gənclər və İdman idarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı, İsmayıllı İntelektual Oyunlar Klubunun dəstəyi ilə  Gənclər Mərkəzində     “28 May Respublika Günü”nə həsr olunmuş “Xəmsə” Milli İntelektual Oyunlarının rayon birinciliyi keçirilmişdir. İntelektual yarışda rayon məktəblərinin və İsmayıllı Dövlət Humanitar və Texnalogiya Kollecinin gənc müəllimlərindən ibarət  “Xəmsə” intelektual  komandaları iştirak etmişdir.
Yarışı İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açaraq  müsəlman Şərqində yaranan ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tarixindən geniş bəhs edib. Bu günkü müstəqil Azərbaycanın məhz həmin cümhuriyyətin varisi olduğunu diqqətə çatdırıb.Tədbirdə həmçinin Təhsil Şöbəsinin metodisti  Ülviyyə Zeynalova ,İsmayıllı İntelektual Oyunlar Klubunun sədr müavini Kamran Məlikzadə çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.
Gərgin bilik mübarizəsi şəraitində keçən yarışda  8 komanda iştirak edib. İsmayıllı şəhər 1 nömrəli tam orta  məktəbin “Bumeranq”  komandası  I yerə, İsmayıllı şəhər        6 nömrəli tam orta məktəbin “Dejavu” komandası II yerə və Qalınçaq  tam orta məktəbin eyni adlı “Qalınçaq” komandası isə III yerə layiq görülüblər. Qalib gəlmiş komandalar rayon Gənclər və İdman idarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif edilib.

Keçidlər