Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə institutunun inkişafında maarifləndirmə tədbirlərinin rolu

07 sentyabr 2019 | 16:00

07 sentyabr 2019-cu il də Hüquqi və Demokratik İslahatlar Mərkəzi İsmayıllı rayonunda "Ailə institutunun inkişafında maarifləndirmə tədbirlərinin rolu" layihəsi çərçivəsində dəyirmi masa keçirib. Tarix Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə dəyirmi masanı giriş sözü ilə açan layihənin rəhbəri, HDİM-in sədri İlham Əliyev Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə institutunun inkişafında maarifləndirmə tədbirlərinin rolu" layihəsi çərçivəsində görülən maarifləndirici tədbirlərdən danışıb. Qeyd edib ki, layihənin məqsədi icra prosesində iştirak edən bütün tərəflərlə faydalı əməkdaşlıq sayəsində maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir.

Tədbirdə RİH-nin məsul işçisi Nəsimi Teymurov, Gənclər İdman İdarəsinin rəisi Taleh Salehov, Uşaq Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və başqaları iştirak ediblər. Çıxış edənlər tədbirin əhəmiyyətindən danışıblar və iştirakçıların suallarını cavablandırıblar.

Keçidlər