Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Maçaxı sakinlərini sevindirəcək Sərəncam imzalayıb

06 may 2020 | 16:00

İsmayıllı rayonunun Maçaxı kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb quraşdırılacaq. Bu məqsədlə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə bir çox rayonda ümumən 34 bu tip məktəbin quraşdırılması üçun Təhsil Nairliyinə 10 milyon manat vəsait ayrılması nəzərdə tutulur ki, onun 207 mini Maçaxıdakı məktəb üçün hesablanıb.

Qeyd edək ki, son 3 ildə rayonun Tağlabiyan, Yenikənd, Uştalqışlaq, Gəndov, Girk və Kələzeyvə kəndləri modul tipli ümumi və tam orta, həmçinin ibtidai məktəblərlə təmin edilib.

Sərəncamın tam mətnini təqdim edirik:

Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədilə qərara alıram:

1. Respublika ərazisində modul tipli məktəblərin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2020-ci il.

 

Quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

SİYAHIYA BAX

Keçidlər