Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz döyüşlərində dinc əhaliyə dəymiş ziyanlar tez bir zamanda aradan qaldırılacaq

23 iyul 2020 | 16:00

İyulun 12-də Tovuz rayonunun 6 kəndi düşmən artileriyası tərəfindən atəşə tutulub. Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlüdə dinc əhaliyə məxsus 35 ev müxtəlif dərəcədə ziyan çəkib. Həmçinin, bu ərazilərin qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukuna xeyli zərər dəyib.

Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanla əlaqədar dövlət başçısı ciddi tapşırıqlar verib və Sərəncam imzalayıb. Dağıdılmış yaşayış məntəqələrinin bərpa olunması istiqamətində bütün qüvvələr səfərbərliyə alınıb. Sərəncama əsasən tez bir zamanda zərər çəkmiş tovuzluların problemləri aradan qaldırılacaq və onların təhlükəsizlikləri təmin olunacaqdır.

Xatırladaq ki, iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  Prezident İlham Əliyev qeyd edib:
“Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz”.

Keçidlər