Şriftin ölçüsü :

Saytın rəngi :

İki bayramın təntənəsi

16 oktyabr 2013 | 15:00

Bu gün İsmayıllı Rayon Olimpiya İdman Kompleksində Qurban bayramı və Dövlət Müstəqilliyi Gününə həsr edilmiş təntənəli bayram tədbiri keçirilib.
Tədbirlərin zirvəsində, Azərbaycan Respublikasının Prezidenti seçkilərində cənab İlham Əliyevin qələbəsinin təntənəsi olmuşdur.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əlamətdar bayramlar münasibətilə tədbirə toplaşanların timsalında rayon sakinlərini təbrik edib. Bildirib ki, ölkə prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qarşıdan gələn hər gündən bayram əhval-rühiyyəsi duyulur.  Çıxışının sonunda karate üzrə Avropa çempionu Həbib Cəfərova hədiyyə təqdim etdi.

Tədbirdə Qurban bayramının tarixi haqqında danışılıb, xalqımızın milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirildiyi vurğulanıb.
Tədbirin gedişi zamanı rayonun Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif idman yarışlarında fərqlənən bir qrup yeniyetmə idmançıya “Qurban bayramı” və “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Tədbirdə göstərdikləri fəallığa görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Aşıqllar” qrupununun üzvlərinə pəhləvan Hacı Hikmətə  pul mükafatı verilib.
Tədbir, “Niyal” xalq çalğı alətləri,“Aşıqlar”ansambllarının,  Lahıc  və  Hacıhətəmli  folklor qruplarının, rayonun digər incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
Cənab Prezident İlham Əliyevin seçkidəki qələbəsi ümumxalq təntənəsi səviyyəsində qeyd edildi. Bu bayram gələcəyə böyük  bir səfərbərlik yaratdı.
 

Keçidlər