Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Əməkdar rəssam Əşrəf Heybətovun yaradıcılıq sərgisi təşkil olundu

27 oktyabr 2013 | 15:00

Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində Almaniyada yaşayan Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətovun yaradıcılıq sərgisi təşkil olundu.
Əvvəlcə rəssamla sərgiyə toplaşanların görüşü keçirildi. Görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev açdı, rəssamı İsmayıllıda görməkdən məmnun olduğunu bildirdi. RİH-nin başçısı cənab Mirdaməd Sadıqovun və rayon ictimaiyyətinin adından onu salamladı.
Rəssamın yaxın dostu, tanınmış döyüşçü və müğənni Şəmistan Əlizamanlı Ə.Heybətovun həyat və fəaliyyəti, zəngin yaradıcılıq yolu barədə məlumat verdi. Sərgiyə toplaşanlar rəssamın müxtəlif səpgili əsərləri ilə tanış oldular. Dünyanın bir çox ölkələrində sərgisi keçirilən istedadlı rəssam haqqında 20 dəqiqəlik film nümayiş olundu.
Rəssam Ə.Heybətov Heydər Əliyev Mərkəzində məşğul olan gənc rəssamlarla görüşdü və onlara “Ustad dərsi” keçdi, tövsiyə və məsləhətlərini verdi.
Görüş iştiraşçılarına o da bildirildi ki, ölkə rəhbəri cənab İlham Əliyevin yaradıcılığına yüksək qiymət verdiyi Əşrəf Heybətov Almaniyada yaşasa da doğulduğu vətənə sıx bağlıdır. Onun bütün əsərləri milli ruhdadır. Yaşadığı ölkədə Azərbaycan mədəniyyət fondunun Almaniya təmsilçisidir. Azərbaycan həqiqətlərinin dünyada təbliğçisidir.
Maraqlı görüş xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

Keçidlər