Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir layihə həyata vəsiqə aldı

27 oktyabr 2013 | 15:00

Oktyabrın 26-da İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində “Gənclərlə Vikipediya Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimini giriş sözü ilə Rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Nəcəfli açdı, rayonda son vaxtlar gənclərin sosial şəbəkələrdə, internet saytlarında, müxtəlif layihələrdə fəal iştirakı barədə məlumat verdi.
Sonra RİH başçısının müavini Sevil Əhmədova gənclərə dövlət qayğısından, ölkədə gənclər siyasətinin uğurlu inkişafından danışdı və udulmuş layihənin böyük əhəmiyyətini qeyd etdi.
Demokratik Gənclər İctimai Birliyinin direktoru Ramil Süleymanov Azərbaycan Gənclər Fondunun yaranması barədə məlumat verdi, ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq  ifadə etdi.
Şəhər 1 saylı tam orta məktəbin müəllimi, layihə müəllifi Surə Mehdiyeva layihəyə dəstək duranlara, Azərbaycan Gənclər Fonduna, İsmayıllı RİH-nə,              Rayon Gİİ-nə və digər təşkilatlara öz təşəkkürünü bildirdi. Layihə barədə geniş məlumat verdi. Sosial şəbəkələrdən biri olan vikipediyanın bu gün gündəmdə olan, ən çox istifadə olunan virtual ensiklopediya olduğunu diqqətə çatdırdı.
Tədbirdə şəhər 1 saylı tam orta məktəbin direktoru Şəfaqət Rəsulov, məktəbin müəllimi Ruhiyyə Mahmudova çıxış edərək Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında layihənin böyük əhəmiyyəti olacağını bildirdilər.

Keçidlər