Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıya yağan qar ciddi problem yaratmayıb

25 dekabr 2020 | 16:00

İsmayılllı rayonunda yağan qar bəzi ərazilərdə 20-30 santimetrə çatıb. Qarın yağması yaratdığı gözəl mənzərə ilə yanaşı müəyyən problemlər də yaradır. Rayon ərazisində yağan qar elektrik, su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb.

Qarlı hava şəraitində İsmayıllının avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Yaranmış vəziyyətlə əlaqədar “9 saylı Yol İstismarı” MMC tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin  hərəkəti tam təmin edilib.

Keçidlər