Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc sahibkarların Qəbələ forumu

22 dekabr 2013 | 16:00

21 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər  Fondunun təşkilatçılığı ilə ”Qafqaz” otelində Gənc Sahibkarların Qəbələ Forumu keçirilmişdir.
   Rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehovun rəhbərliyi ilə 20 nəfərə yaxın gənc İsmayıllı sahibkarı forumda iştirak etmişdir.
   Forumu Millət Vəkili, Azərbaycan Respublikası Ağsaqqallar şurasının sədri Fəttah Heydərov istiqamətverici və səfərbəredici giriş nitqi ilə açmışdır.
   Müxtəlif mövzularda mühazirələr dinlənilmiş, sonra isə forum plenar sessiyalarda davam etdirilmişdir.
    İlk tədbir kimi forum gənc sahibkarlar üçün çox faydalı olmuşdur.

Keçidlər