Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni uşaq bağçasının tikintisinə başlanmışdır

26 dekabr 2013 | 16:00

İsmayıllının Sumağallı kəndi təbiətin gözəl bir guşəsində yerləşir. Burada yaşayanların sosial problemlərinin həlli üçün ardıcıl tədbirlər həyata keçirilir. Mövcud uşaq bağçası da bu qayğını gözləyirdi. Gözləməyə artıq son qoyulub.
Bu günlərdə Sumağallıda 40 yerlik, müasir təlim və tərbiyənin bütün tədbirlərinə  cavab verəcək uşaq bağçasının tikintisinə başlanmışdır. İnşaat işlərini “Aqrartikinti” ASC-nin İsmayıllı filialı aparır. Obyektin istifadəyə verilməsi             2014-cü ilin birinci yarısında nəzərdə tutulur.
      Sumağallı sakinləri uşaq bağçasının tikintisini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hədiyyəsi olaraq minnətdarlıqla qəbul edirlər.

Keçidlər