Şriftin ölçüsü :

Saytın rəngi :

Kitablarımızı paylaşaq, daha çox kitab oxuyaq!

03 yanvar 2014 | 16:00

02 yanvar 2014-cü il tarixdə Heydər Əliyev adına Mərkəzi Meydanda Facebook sosial şəbəkəsində fəaliyyət göstərən “İsmayıllı rayonu” səhifəsinin təşkilatçılığı, “Ивановка” səhifəsinin, “İsmayıllı” qrupunun, İstedadlı Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin (İGİD İB), İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsi, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Kitablarımızı paylaşaq, daha çox kitab oxuyaq!” adı altında aksiya-görüş keçirildi. Məqsəd kitab oxumağın təbliğ edilməsi və İsmayıllı gənclərinin bir-birini tanımasıdır.  Görüşdə Musa Yaqub, Maarif Soltan, Bəhruz Məmmədov, Şahməmməd Soltanov, Azər Abbasov, Taleh Salehov, Tərlan Səfərov çıxış edərək kitab oxumanın faydalarından danışdılar, bu kimi tədbirlərin davamlı olmasını arzuladılar. 100 ədəd “Dağ çiçəkləri” kitabı Musa Yaqub avtoqrafı ilə görüşə gələnlərə paylanıldı. Daha sonra aksiyada iştirak edənlər bir-birləri ilə kitabları dəyişdilər.

Keçidlər