Şriftin ölçüsü :

Saytın rəngi :

AFFA-nın təşkilatçılığı və “Coca-Cola” şirkətinin sponsorluğu ilə futbol turniri

15 yanvar 2014 | 16:00

14 yanvar 2014-cü il tarixdə İsmayıllı rayon Olimpiya İdman Kompleksində AFFA-nın təşkilatçılığı və Coca-Cola şirkətinin  sponsorluğu ilə rayonun ümumtəhsil məktəblərinin VII-ci sinif şagirdləri arasında keçiriləcək futbol  yarışının açılışı olmuşdur.
      Açılışda AFFA-nın nümayəndəsi Əzizə İmanova, RİH-nın nümayəndəsi Rövşən Yəhyayev, Rayon  Gənclər və Idman idarəsinin rəisi Taleh Salehov və futbol məşqçisi Tərlan Vahidov çıxış etmişlər.
Turnirin  ilk günündə şəhər 3 və 5 saylı, Hacıhətəmli və İvanovka tam orta məktəblərinin komandaları yarışmışlar. Turnirin davamında 17 komanda  yarışacaq. Yekunda  I və II yerləri tutan komandalar mükafatlandırılacaq  və Respublika final  yarışlarına dəvət olunacaq.
Təşkilatçı və sponsor turnirin keçirilməsi üçün yaradılan şəraitdən razı qalmışlar.

Keçidlər