Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhər 2 saylı tam orta məktəbində 20 Yanvar Şəhidləri yad edildi

18 yanvar 2014 | 16:00

17 yanvar 2014-cü il tarixində İsmayıllı şəhər 2 saylı tam orta məktəbində 1990 ci ıl 20 Yanvar  Şəhidlərinin xatirəsinə həsr olunmuş anım günü keçirildi.Əvvəlcə Azərbaycan xalqının şəhid övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbin şagirdlərinin ifasında şair və bəstəkarlarımızın bu mövzuya həsr edilmiş şer və mahnıları səsləndirildi.Məktəbimizin tarix müəllimi F.Vəliyeva həmin hadisələrin yarndığı tarixi şəraitdən və xalqımızın qəhrəmanlıqlarla dolu tarixindən söhbət açdı.Ulu öndərimiz Heydər Əliyevin həmin hadisələrə verdiyi qiymətini qeyd etdi.Yuxarı sinif şagirdləridə bu hadisələrlə bağlı oxuduqları və eşitdikləri hadisələr haqqında öz fikirlərini ifadə etdilər.Tədbirdə iştirak edən valideyinlərdə xalqımızın qəhrəmanlıq səhifəsinə qanlı bir hadisə kimi daxil olan bu hadisələri törədənlərə öz mənfi münasibətlərini bildirdilər.Tədbirin sonunda məktəbin direktoru R.Dadaşov deyilənlərə ümumi bir yekun vuraraq qeyd etdi ki, bu qəhrəmanlıq xalqımızın milli oyanışına təkan verdi mustəqilliyimizin əldə olunmasını sürətləndirdi.Həmin şəhidlərin xatirəsini dönə-dönə yad etmək hamımızın mənəvi borcudur.

Keçidlər