Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıhətəmlidə Milli Qəhrəman Mübariz İbrahimov anıldı.

08 fevral 2014 | 16:00

Hacıhətəmli kənd tam orta məktəbi şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsini təkmilləşdirən  silsilə tədbirlər həyata keçirir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününün 26-cı ildönümü münasibətilə nümayiş etdirilən  ədəbi-bədii kompozisiya bu tədbirlərin ən önəmlisi, ən təsirlisi oldu.
Rayon İcra Hakimiyyətinin  və rayon təhsil şöbəsinin nümayəndələri, QMƏVŞA İB rayon şöbəsi sədrinin müavini İsa Musayev, ehtiyatda olan  döyüş ordenli zabitlər Taleh Nəcəfov, Eynulla Bağırov, 6 saylı  tam orta məktəbin hərbi hazırlıq rəhbəri, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Əsgər Manafov şagirdlər və müəllimlərlə birgə Qarabağ müharibəsində şəhid olmuş 11 nəfərin məzarını ziyarət etdilər.
Hamı  məktəbin iclas zalına toplaşmışdı. Burada Milli Qəhrəman Mübariz İbrahimovun həyat və fəaliyyəti barədə zəngin məlumat verildi. Şagirdlərin  hazırladıqları ədəbi-bədii kompozisiya  nümayiş etdirildi. Azərbaycanın  nəsillərə nümunə olan qəhrəman oğlu Mübariz İbrahimova  həsr olunmuş filmə tamaşa edildi. Mübariz olun adlı fotolövhə iştirakçıların diqqət mərkəzində idi.
Sonda Mübariz İbrahimovun doğum günü münasibətilə onun valideynlərinə  göndərilmiş zəngin hissiyyatlı teleqramın mətni oxundu.
Gənc nəsil vətənpərvərlik və qəhrəmanlıqla zəngin olan bir gün yaşadı.

Keçidlər