Şriftin ölçüsü :

Saytın rəngi :

Soltankənd kənd tam orta məktəbində Xocalı faciəsi yad edildi

27 fevral 2014 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 26 fevral 2014-cü il tarixdə Soltankənd kənd tam orta məktəbində Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Sabir Məhərrəmov açaraq bildirmişdir ki, Xocalı faciəsi nəticəsində 613 nəfər şəhid, 487 nəfər əlil olmuşdur. 8 ailə bütövlüklə məhv edilmiş, 24 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmişdir. 150 nəfərin taleyi isə indiyə qədər məlum deyildir.1275 nəfər –qoca, uşaq və qadın əsir götürülərək amansız zülm və məşəqqətlərə məruz qalmışdır. Tədbirdə müəllimlərin çıxşları, şagirdlərin söylədikəri  şerlər  Xocalı faciəsini unutmadığımızı gösərdi. Tədbirdən sonra Xocalı faciəsində həlak olanların adına ehsan süfrəsi açıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər