Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi

15 mart 2014 | 16:00

14 mart 2014-cü il tarixdə “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi olmuşdur. Məşğələ “Heydər Əliyev və milli adət-ənənələrimiz” mövzusunda 120 nəfərin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Məktəbin icraçı direktoru Fərman Bəşirov məşğələni giriş sözü ilə açmışdır. Mövzu ilə əlaqədar Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov məruzə etmişdir.
Şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Gülnarə Mirzəliyeva və şəhər 7 saylı tam orta məktəbin tarix müəllimi Nəsimi Teymurovun çıxışları dinlənilmişdir. Dövlət qulluğu veteranı Valeh Salehov  milli-adət-ənənələrin  xalqı, milləti, ölkəni tanıtmaqda çox böyük əhəmiyyət kəsb etməsindən faktlar əsasında danışmış, mövzunun daha dərindən öyrənilməsi ilə bağlı gənclərə məsləhətlərini vermişdir.
Novruz bayramı ərəfəsində “Heydər Əliyev idarəetmə məktəbi”nin  növbəti məşğələsində öyrənilən bu dəyərli  mövzu iştirakçıların  ürəyindən olmuşdur.
Məşğələdə RİH başçısının müavini Sevil Əhmədova, Humanitar və Texnologiya Kollecinin direktoru, professor Rəsul Balayev və YAP rayon təşkilatının sədri Əzizə Vahabova iştirak etmişlər.

Keçidlər