Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cəlal Rüstəmovun doğum günü qeyd edildi.

10 aprel 2014 | 15:00

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Rüstəmov Cəlal Abdulhəkim oğlunun aprelin 9-da İsmayıllı şəhərində onun adına salınmış bulaq-abidə önündə doğum günü qeyd olunmuşdur.
Tədbiri giriş sözü ilə İsa Musayev açmışdır. Qarabağ müharibəsi veteranı Kamil Dadaşov, Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, RİH-nin baş məsləhətçisi Rövşən Yəhyayev, şəhər 4 saylı tam orta məktəbinin müəllimi Rəna Mirzəyeva, ”Qadınlar Cəmiyyətin İnkişafı Naminə”
İB-nın sədri Şirinbəyim Atayeva və şəhidin yaxın qohumları çıxış edərək Cəlal Rüstəmovun döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışdılar. ”Yaşasaydı ömrünün 49- cu baharını qeyd edərdi” söylədilər.  
Şəhidin ad günündə şəhər 3 və 7 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şerlər söylədilər. 
Tədbirin sonunda şəhidin bacısı  Xoşqədəm xanım çıxış edərək tədbirə toplaşanlara ailə üzvləri adından minnətdarlığını bildirdi.

Keçidlər